Şəkidə ağır qəza baş verdi: İki azyaşlı öldü

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Çayqaraqoyunlu kənd sakini, Elçin Məmmədov idarə etdiyi VAZ-21011″ markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.

Qəza zamanı 2 nəfərin öldüyü və bir-neçə nəfərin xəsarət aldığı bildirilir.

Daha sonra sürücü idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.

Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb./Qafqazinfo/