Şəkidə avtomobil yandı

Şəkidə “VAZ” markalı minik avtomobili yanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kənd inzibati ərazisindəki otlaq sahədə baş verib.

Rayon sakini, Babayev Zaur Yusif oğluna məxsus “VAZ 21010” markalı minik avtomobilinin elektrik sistemində baş vermiş qısaqapanma səbəbindən yanğın baş verib.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./apa