Şəkidə bədbəxt hadisə: fəhlə hündürlükdən yıxılıb öldü

Şəkidə fəhlə tikintidə ölüb.

Şəki rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

COP29