Şəkidə birmərtəbəli ev yandı

Şəki rayonunun Əliyar kəndində birmərtəbəli evdə yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 132 m² olan evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.