Şəkidə dağlıq ərazi yandı

Şəki şəhərinin Şirinbulaq kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, dağlıq ərazidə 12 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.