Şəkidə dəhşət: Qardaş və bacı ad günündə boğuldu

Xəzər dənizində, Bakının Pirşağı ərazisində bacı-qardaş batıb.

Yenicag.az xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndindən olan və müvəqqəti olaraq Bakıda yaşayan Xəzər Rüstəmovun ailəsi dənizdə faciə yaşayıb. Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar.

Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı – ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış.

Boğulan bacı-qardaş Şəkinin Kiçik Dəhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı.

Mərhumlar bu gün Kiçik Dəhnə kəndindəki qəbiristanlıqda dəfn edilib. Allah ailələrinə səbr versin./İstiPress/

COP29