!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə faciəvi ölüm - 2 maşının arasında qalıb, can verdi

!Reklam – Yazi

Qax sakini Şəkidə faciəvi şəkildə ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Magistral yolda Qax sakininin idarə etdiyi “Qazel” markalı avtomobildə nasazlıq yaranıb. O, avtomobili KamAZ markalı yük avtomobilinə qoşaraq ərazidən aparıb.

Sürücü daha sonra qoşqunu açmaq istəyərkən avtomobillərdən biri hərəkətə gəlib və yük avtomobilləri arasında qalan sürücü əzilərək faciəvi şəkildə ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, dünyasını dəyişən şəxs “Qazel” markalı avtomobili ilə meyvə-tərəvəz daşımaqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

1169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv