Şəki şəhərində iki ailənin yaşadığı evdə yanğın olub.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 290 m² (hər mərtəbəsi 145 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 22 m² sahədə, ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.