Şəkidə külək DYP-nin binasının damını uçurdu – FOTO

Şəkidə güclü külək dövlət müəssisəsinə ziyan vurub.

Yenicag.az xəbər verir ki, ötən gün axşam saatlarında Şəki və ətraf rayonlarda küləklə müşahidə olunan yağış yağıb.

Qısa müddət əsən güclü külək Şəki rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin yerləşdiyi binanın damını uçurub. Evlərə və təsərrüfata ciddi ziyan dəyməyib./APA/