!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə maşın aşdı: 1 ölü

!Reklam – Yazi

скачанные файлыŞəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə sentyabrın 25-də saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Baş Zəyzid kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Baxşəli oğlu İbrahimxəlilov idarə etdiyi “VAZ 21074” markalı, 55 BX 035 dövlət nömrə nişanlı minik avtomobilini yolun kənarına aşırıb.

Nəticədə E. İbrahimxəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi, 1973-cü il təvəllüdlü Vahid Ağaməmməd oğlu Mehdiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Şəki RMX-dan APA-ya bildirilib ki, V. Mehdiyev reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır(APA).

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv