Şəkidə yol qəzası baş verib.
Hadisə zamanı Şəki sakini Həbillayev Tural Bəlyar oğlunun idarə etdiyi 55-BU-586 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobillə “20 yanvar” küçəsi ilə hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobili Qurcana çayına aşırıb.
Hadisə zamanı sərnişin Əlixanova Leyla Vaqif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal boyun nayihəsinin qapalı travması diaqnozu ilə Şəki Rayon Xəstəxanasına çatdırılıb.
Sürücünün sözlərinə görə, hadisəyə onun qarşısına digər avtomobilin çıxması səbəb olub.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. (ARV TV)
Yenicag.az