Şəki şəhərində məhbus vəfat edib.
Yenicag.az xəbər verir ki, dünən Şəki Penitensiar Müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü Kamal Abdullayevin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
O, bu gün səhər saatlarında tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.