Şəkidə “Mercedes” sürücüsünün səhvi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, hərəkətdə olan VAZ-21099 markalı avtomobil dönmə əməliyyatını səhv yerinə yetirən “Mercedes-Benz” markalı avtomobilə çırpılır. Nəticədə VAZ-21099 markalı avtomobil aşıb.