Şəkidə mikroavtobus aşıb: 17 yaralı

Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb. Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlu idarəetməni itirərək “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobusu aşırıb.

Nəticədə ikisi uşaq olmaqla 17 nəfərin xəsarət aldığı bildirilir.

Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsində yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az