Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şəkidə qohumunun evini yaran şəxslər tutuldu - Fotolar

Şəki rayonun Fazıl kənd sakini İ.Məmmədov Şəki ŞRPŞ-yə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 6000 manat dəyərində qızıl-zinət əşyalarının, 110 manat dəyərində bijuteriya və 600 ABŞ dollarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, yaxın qohum olan İlham Məmmədov və Məftun Mustafayev qısa zamanda müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslərin ev sahibi İ.Məmmədovun yaxın qohumları olduğu məlum olub. Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranmış şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər.

M.Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı onun salonundan 2 ədəd idman papağından hazırlanmış maska, saxlanılan şəxslərin üzərindən isə oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

844
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM