!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşdu: 4 yaralı

!Reklam – Yazi

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində 4 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki Mərkəzi Rayon Xəstəxamasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar Şəki şəhər sakinləri 1987-ci il təvəllüdlü Seymur Şahid oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Ruslan Aydın oğlu Hacıyev, 1998-ci il təvəllüdlü Elçin Qurban oğlu Qəribov və Ağdaş rayon sakini 1979-cu il təvəllüdlü Anar Rəfayıl oğlu Baxışovdur.

Yaralılardan Ruslan Hacıyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə, Anar Baxışov isə cərrahiyə şöbəsinə yerləşdirilib. Elçin Qəribovun və Seymur Məmmədovun vəziyyəti yüngül olduğundan onlar müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Ruslan Hacıyev və Elçin Qəribov Mingəçevirdə fəaliyyət göstərən ali təhsil məktəblərinin birinin tələbələridir. Qəza baş verən zaman xəstəxanaya daxil olan yaralıların hamısı Şəki-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusunda olublar.

Qəza zamanı avtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

www.yenicag.az

7498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv