Şəkidə və Gəncədə dəhşətli İNTİHAR – 61 yaşlı kişilər özünü öldürdü

Şəki rayonunun Köndələn kəndində 61 yaşlı kişi intihar edib.

Yenicag.az xəbər verir ki, kənd sakini 1958-ci il təvəllüdlü Məharət Rüstəmov özünü qonşusunun həyətində asaraq intihar edib.

Daha bir intihar hadisəsi Gəncə şəhərində baş verib.

1958-ci il təvəllüdlü Şamil Ələkbər oğlu İsgəndərov yaşadığı evdə özünü asaraq intihar edib.

İntiharların səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.