Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şəkidə xəsarət alanların vəziyyəti necədir? - Nazirlikdən AÇIQLAMA

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

Kliniki Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.

www.yenicag.az

8609