Şəkidə yanğın baş verdi

Şəki şəhərində ümumi sahəsi 240 m² olan kürsülü, birmərtəbəli, 3 otaq və aynəbənddən ibarət evin (yaşayış olmayan) yanar konstruksiyaları və ev əşaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.