Şəkidə zəncirvari yol qəzası oldu, xəsarət alan var

Şəkidə zəncirvari yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşfiq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.