!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidəki ana ölümü ilə bağlı cinayət işi başlandı

!Reklam – Yazi

Şəki Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Şəki Rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq, 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.

İş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

www.yenicag.az

3828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv