!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

!Reklam – Yazi

Şəkidə yaşlı kişi itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Şəki rayon Polis Şöbəsinə rayonun Dərə-cənnət kənd sakini, 1982-ci il təvəllüdlü Şirinov Rəşad İsfəndiyar oğlu məlumat verib.

Onun sözlərinə görə, atası – 1940-cı il təvəllüdlü Şirinov İsfəndiyar Bayram oğlu iyulun 15-də yaşadığı Dərə-cənnət kəndindəki evindən Bakıya getmək adı ilə çıxıb və bir müddətdən sonra onunla əlaqə kəsilib.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

www.yenicag.az

3488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv