!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidən Bakıya gələn mikroavtobus aşdı - Yaralılar var + ADLAR

!Reklam – Yazi

Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub.

Hadisə zamanı 13 nəfər yaralanıb.

Onlardan biri təcili əməliyyat olunub.

Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov (əməliyyat olunub).

***

11:11

Şəki-Bakı marşrutu ilə sərnişin daşıyan mikroavtobus Şamaxı rayonu ərazisində qəzaya uğrayıb, yaralılar var.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Mirikənd ərazisində baş verib.

Şəkidən Bakıya sərnişin aparan “Ford” markalı mikroavtobus idarəetməni itirərək öncə “Mercedes” markalı avtomobilə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olanlardan 8 nəfər – 2 qadın 6 kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Xəyal Rüstəmov əməliyyat olunub. Digər yaralılara tibbi yardım göstərilib.

“Mercedes” markalı avtomobildə olanlar isə yüngül xəsarət alıblar və xəstəxanaya müraciət etmədən yollarına davam ediblər.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

3035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv