Türkiyənin Edirnə əyalətində bir çox məktəblərdə tətil elan edilib.
Yenicag.az xəbər verir ki, buna səbəb sıx leysan yağışlarından sonra sel təhlükəsi olub.
Qubernatorluqdan verilən açıqlamada bildirilib:
“Leysan yağışlarının nəqliyyatın hərəkətində və binalarda yarada biləcəyi fəsadları nəzərə alaraq bəzi məktəblərdə tətil elan edilir”.
Qeyd edək ki, Edirne əyalətində baş verən daşqın nəticəsində 73 yaşındakı Veysel Eren ölüb. Son 24 saatı ərzində 1 kvadrat metrə 128,7 kiloqram yağış düşüb. Bununla da son 65 ilin rekordu yenilənib.