Selçuk Bayraktar Azərbaycan xalqını təbrik etdi

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar Azərbaycanı böyük qələbə münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, Səlcuq Bayraktar təbrikini sosial şəbəkə hesabında çatdırıb. O, fikirlərini belə ifadə edib:

“Zəfəri nəsib edən də, mütləq zəfər sahibi də Allahdır. Şəhidlərimizin ruhları şad olsun. Rəbbim Türkün şanını ucaltsın. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır”.