Səlcuq Bayraktar Anım Günü ilə bağlı paylaşım etdi – FOTO

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraktar 27 sentyabr – Anım Günü ilə bağlı tvitterdəki hesabında paylaşım edib.

Yenicag.az xəbər verir ki, Səlcuq Bayraktar paylaşımda yazıb:

“Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun”.

Paylaşımda “Qarabağ Azərbaycandır!” şüarı da əksini tapıb.