Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sələmçiliklə məşğul olan qadının əl-ayağını bağlayıb yandırdılar - Gəncədə

Gəncədə sələmçiliklə məşğul olan qadın qətlə yetirilib.

Yenicag.az “Kəpəz TV”yə istinadən xəbər verir ki, izi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar.

Yanğın hadisəsi ötən gecə saat 05 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da baş verib. Yanğından xəbər tutan qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada 47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyitini aşkar ediblər. Dərhal hadisə yerinə mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib.

Hadisə yerində Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları araşdırmalar aparırlar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdı.

www.yenicag.az

3215
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100