Səlim Müslümova Kürdəmirdəki “sosial yardım mafiyası”nın şok siyahısı təqdim olundu

1459325866_indexKürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hökm sürən xaos, anarxiya və qanunsuzluqlarla bağlı Savash.org-un elektron ünvanına şok şikayət məktubu daxil olub. Saytımız vasitəsilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ünvanlanmış həmin şikayət məktubunu etik qaydaları gözləmək ehtiyacı duyduğumuzdan müəyyən ixtisarlarla təqdim edirik.

“Cənab nazir, biz Kürdəmir sakinləri adından bu müraciəti sizə ünvanlayırıq. Bizim şikayətimiz Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verənlərlə bağlıdı. Bu idarədə direktor başda olmaqla idarərinin sürücüsü İmaməddin İbrahimov (bu şəxsin nazirin xidməti avtomobilinin sürücüsünün yaxın qohumu olduğu bildirilir və ünvanlı yardımın düzəlməsində dəllal (makler) kimi fəaliyyət göstərir) və digər məsul şəxslərdən olan Nemət İsmayılovla Ramin Mürsəlov maxinasiya ilə məşğuldurlar.

Xüsusən bu idarədə öz vəzifə səlahiyyətlərini tamamən aşmış, qulluq funksiyalarından sui-istifadə edən Nemət İsmayılovdur. Yeni qaydaların tətbiqinə baxmayaraq Nemət İsmayılov vətəndaşlardan açıqdan-açığa rüşvət (800-1000 manat) tələb etməkdə davam edir. Bir neçə dəfə bu şəxs barədə cənab nazirə məlumat verilsə də nədənsə Nemət İsmayılovun özbaşınalıqlarına göz yumulmuşdur.

Daha sonra həmin mərkəzdə sürücü kimi işləyən İmaməddin İbrahimov dəllalıq fəaliyyəti ilə məşğul olur. Mənim arxam var deyib idarə daxilində öz əxlaqsızlığını və özbaşınalığını davam etdirir. Həmçinin eyni sözləri Ramin Mürsəlov, Hamil Hidayətov və Arzum Həmidov barəsində də söyləmək olar. Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq Mərkəzdə yenə də sosial yardım pulla satılmaqda davam eliyir. Və təbii ki, səriştəsiz direktor Asif Abdullayevin bilavasitə diktəsi ilə. Bu şəxslər yenə də dəllarla iş başındadı. (Bir daha həmin dəllallarin adin xatirladiriq Mirtalıb, Abdurrazax, Şahbaz və digərləri) Yeni sistemin tətbiqinə baxmayaraq yenə də vətəndaşlardan pul tələb olunur. Bəyəm siz bunları görmürsünüz? Bütün bu işləri sizin inanib təyin etdiyiniz kadrlariniz görür çox təəsüf…

Müraciətimizi nəzərə almağınızı xahiş edirik. Əks təqdirdə daha yuxarı instansiyalara müraciət edəcəyik.
Kürdəmir rayon sakinləri adından Eldar Şirvanlı”

Savash.org

P.S. Məktubda Kürdəmir ƏSMM rəhbəri haqda bütün respublikada şok doğuracaq ağır ittihamlar da yer alıb. Biz etik qadaları nəzərə alaraq məktubdakı həmin hissələri ixtisar etdik. Amma bu istiqamətdə araşdırmalarımız davam, edir, saytımıza göndərilmiş faktlar təsdiqini tapacağı təqdirdə həmin ilginc məlumatlarla da tanış olmaq imkanı qazanacaqsınız.