!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Selin Dion məşhur ulduz haqqında məqalə yazdı

!Reklam – Yazi

Məşhur müğənni Selin Dion “Time” jurnalının “Ən Təsirli 100 adam” siyahısına daxil olan Ledi Qaqa haqqında məqalə yazıb.

Yenicag.az xəbər verir ki, Selin Dion açıqlamasında “məncə, o dünyanın ən mükəmməl səslərindən birinə sahibdir” deyib.

“My Heart Will Go On” mahnısı ilə tanınan müğənni Selin Dion Ledi Qaqa haqqında məqaləsində ürəkdolusu təriflər yazaraq onu mədh edib:

“Ledi Qaqanı sevirəm və məncə, o, dünyanın ən mükəmməl səslərindən birinə sahibdir: güclü, inandırıcı, ehtiraslı və həssasdır. O, indiyədək gördüyümüz ən kreativ sənətçilərdən biridir. Sənətkarlıq ifadəsinin qaydaları və sərhədləri yoxdur. Qeyri-adi stili ilə ilk dəfə ekranlara çıxdığında belə ona edilən tənqidləri mühüm saymayıb, öz ritmi ilə davam edib. LGBTİ cəmiyyətinə durmadan dəstək olub, şiddətə qarşı kampaniyalar təşkil edib. Ledi Qaqanın səsi həqiqətən də əhəmiyyətli olduğu məkanlarda səslənir və sevilir”.

Tahirə Nur

www.yenicag.az

3373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv