Səmada gərginlik: Rusiya və Amerika təyyarələri son anda geri çəkildilər

Rusiya sərhədləri üzərində kəşfiyyat uçuşu aparan ABŞ təyyarələrinin tutulmasına cəhd edilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya onun ərazisi üzərində kəşfiyyat uçuşu aparan ABŞ-a məxsus “Boeing P-8A Poseidon” təyyarəsinin ələ keçirilməsi üçün Su-27 qırıcılarını havaya qaldırıb.

Məlumata görə, insident Rusiyanın Baltik dənizinin neytral suları üzərində qeydə alınıb.

Su-27-nin havaya qaldırılmasından və ABŞ təyyarəsinə doğru istiqamət götürməsindən sonra “Poseydon” hava məkanını tərk edib.

 

COP29