“Semaşko”nun baş həkimi işdən çıxarıldı

“Semaşko”nun baş həkimi işdən1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə işdən çıxarılıb.

Bu barədə virtualaz.org-a xəstəxanadan məlumat veriblər.

Bildirilib ki, baş həkimin yerinə müvəqqəti olaraq Ədalət Dadaşov təyin edilib.

Xəstəxanadan baş həkimin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimovanın da işdən çıxarıldığı bildirilib. Amma bu xəbər hələlik təsdiqlənməyib.

Qeyd edək ki, S.Hüseynzadə və M.İbrahimova ötən il sentyabrın 2-də vəzifəyə təyin olunmuşdular.

Səhiyyə Nazirliyindən bildirilib ki, Ə.Dadaşov xəstəxananın II cərrahiyyə şöbəsinin müdiri işləyib.