Səmayə Məmmədovaya yeni vəzifə verildi

Tanınmış jurnalist Səmayə Məmmədova Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, S.Məmmədova uzun müddət Gənclər və İdman Nazirliyində, daha sonra Bakı Nəqliyyat Agentliyində çalışıb.