Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Səməd Səmədovun ölüm səbəbi AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Xalq artisti Səməd Səmədov bu gün 74 yaşında müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, klinikanın reanimatoloqu Emil Qasımov ifaçının ölüm səbəbi barədə danışıb.

O bildirib ki, S.Səmədov ötən gecə klinikaya çox ağır vəziyyətdə gətirilib:

“Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq. Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik. Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik”.

Qeyd edək ki, Səməd Səmədovun koronavirusdan vəfat etdiyi bildirilirdi.(qafqazinfo)

www.yenicag.az

348
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100