Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

“Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Büronun üzvü, o cümlədən Azərbaycanı təmsil edən şəxs kini mən də iştirak edib öz mövqeyimi bildirəcəm”.

Yenicag.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, AŞPA-da fəaliyyət üçün iki əsas funksiya var: “Bunlardan biri öz ölkəni, ya da Avropanı narahat edən problemlərə dair sənədləri təqdim etmək, ikincisi isə öz mövqeyimizi bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz. AŞPA-da bizə qarşı işləyən qüvvələrin fikri o idi ki, biz bu sanksiyalara kəskin reaksiya verərək AŞPA-dan üz döndərək. Başa düşmürlər ki, biz AŞPA-nı bu cür işləyən insanlardan daha yaxşı tanıyırıq. Bir qrup insanların mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, Azərbaycan qurumdan imtina edəcək. Əksinə, sessiyada aktiv fəaliyyət göstərəcəyik və əminəm ki, onların arzuları ürəklərində qalacaq”.

COP29