Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Səməddən onu rüsvay edən keçmiş arvadına: “7 nəvəmin canına and olsun ki…” - VİDEO

Xalq artisti Səməd Səmədov birinci həyat yoldaşı Zərifə xanımın efirdə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Yenicag.az-a açıqlama verən xalq artisti and-aman edib:

“7 nəvəmin canına and olsun ki, o qadının dedikləri yalandır. O, deyir ki, guya mən ondan olan oğlumun yasına gedəndə qırmızı pencək geyinmişəm. Müsəlmanıq, heç mən qırmızı pencək geyinib, yasa gedərəm? Heç vaxt belə şey ola bilməz. Yasa ya qara, ya da boz rəngli pencək geyinib gedirəm. Mən qırmızı pencəyi yalnız səhnəyə, efirə çıxanda geyinirəm. Yaxşı ki, bu qırmızı pencək söhbəti ortaya çıxdı, elə bu da göstərdi ki, o qadının danışdıqlarının çoxu ağ yalandır”.

O ki qaldı müğənninin ilk evliliyinə, Səməd Səmədov bu barədə danışmaq istəmədi:

“Ümumiyyətlə, bu barədə hansısa suala cavab vermək istəmirəm”.

Qeyd edək ki, müğənninin birinci həyat yoldaşı Zərifə xanım “Xəzər maqazin” verilişində əri Səməd barədə şok faktlar açıqlayıb:

“16 yaşında Səmədlə ailə həyatı qurdum. 9 aydan sonra bizim oğlumuz dünyaya gəldi. Ailə həyatımız cəmi 5 il sürdü. Bundan sonra biz ayrıldıq. Aramıza isə Səmədin ikinci arvadı İradə xanım girdi. O, İradə ilə evlənəndən sonra bizi tamamilə unutdu. Öz oğlunu belə görməkdən imtina edən Səməd, onunla bu illər ərzində bir dəfə də olsun maraqlanmadı. Bir gün oğlum Emin atası Səmədi görməyə gedib, qapını İradə açıb. Oğluma deyib ki, “nə oldu atan məşhurlaşıb, varlanandan sonra yadına düşdü?” Bu sözlərdən pərişan olan Emin bu həyatda çox əziyyətlər və ağır günlər yaşadı”.

Cəvahir

www.yenicag.az

4795
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM