Səmərqənddə Vladimir Putin və Tacikistan Prezidenti arasında görüş keçirildi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniştərkibli sammitindən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Tacikistan Prezidenti İmomali Rahmon arasında qısa görüş olub.

Yenicag.az xəbər verir ki, məlumatı “Sputnik Tadjikistan” yayıb.

Bildirilib ki, Rusiya lideri tacikistanlı həmkarı ilə danışdıqdan sonra beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrova tərəf dönərək qısa söhbət edib.

Onun tacikistanlı həmkarı ilə görüşü əvvəlcədən planlaşdırılmayıb.

Xatırladaq ki, hazırda Tacikistanla Qırğızıstan arasında dövlət sərhədində atışma gedir.

Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da ŞƏT-in zirvə toplantısı keçirilir.