Şəmi ilə Şöşü Mərdəkanda əsas yolu bağladı – Özəl +FOTO

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, bu dəqiqələrdə Mərdəkan qəsəbəsindəki əsas yolda böyük tıxac var.

Hərəkət demək olar ki, dayanıb. Səbəb “Bozbash pictures”-in yol kənarındakı qəssabxanada apardığı çəkilişdir. Şəmi ilə Şöşünün Mərdəkanda olduğunu eşidən qəsəbə sakinləri çəkiliş yerinə gəliblər. Nəticədə, sıxlıq yaranıb, yol demək olar ki, bağlanıb.

Yeniçağ.az