Şəmistan Əlizamanlı məşhur türk serialına çəkildi – VİDEO

Türkiyənin maraqla izlənilən Səlçuqlu dövründən bəhs edən “Diriliş Ertuğrul” serilının 5-ci mövsümü başlayıb.

Yenicag.az xəbər verir ki, serialda keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı qonaq aktyor kimi çəklib.

Şəmistan Əlizamanlı saytımıza açıqlamasında bildirib ki, serialda Ozan rolunu oynayıb.

Bundan əlavə Şəmistan Əlizamanlının “Turan ellər var olsun” mahnısı da serialda səsləndirib.

O anın videosunu təqdim edirik: