!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Şəmkir" çıxışını dayandırdı - Qumarbaz prezidentinə görə  

!Reklam – Yazi

Ötən il futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan “Şəmkir” klubu yeni mövsümdə aşağı dəstədə çıxış etməyəcək.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi bu barədə qərar qəbul edib.

Əvəzində isə rayon birinciliyinə start veriləcək və turnir zamanı üzə çıxan yerli gənclərdən gələcəkdə komandanın heyəti formalaşacaq.

Əslində isə komandanın maliyyə problemi ilə üzləşdiyi heç kimə sirr deyil. Bu məsələdə klubun itkin düşən prezidenti Elvin Səfərlinin də “rolu” danılmazdır. Onun kluba ayrılan pulları mənimsədiyi də məlum məsələdir. Hətta onun rəhbərliyi dövründə məşqçilərə və futbolçulara borcları da yaranıb.

Əldə etdiyimiz məlumata görə, Elvin kluba rəhbərlik etdiyi müddətdə yalnız oyun alqı-satqısı ilə şəxsi büdcəsini zənginləşdirmək barədə fikirləşirmiş. O, dəfələrlə oyunları qumara qoymaq üçün hakimlərə müraciət etsə də, əvəzində rədd cavabı alıb.

Qeyd edək ki, Elvin Səfərlinin hazırda Türkiyədə olduğu bildirilir. O, əməllərindən boyun qaçırtmaq üçün qardaş ölkəyə sığınmaq məcburiyyətində qalıb. Maraq üçün onu da bildirək ki, adıçəkilən şəxs bir müddət əvvəl “facebook”da adını da dəyişmişdi.

Yenicag.az

www.yenicag.az

1049
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv