Şəmkir rayonunda intihar edən 25 yaşlı gəncin kimliyi məlum olub.
Yenicag.az xəbər verir ki, Könüllü kəndində özünü asan şəxs 1993-cü il təvəllüdlü Tural Ələddin oğlu Məmmədəliyevdir.
T. Məmmədəliyev atasına mal-qara arxasınca getdiyini deyərək, evdən uzaqlaşıb. Bir qədər sonra Ə.Məmmədəliyev ondan xəbər almadığından tövləyə gedib. O, oğlunun cəsədini tövlənin tavanından asılı vəziyyətdə aşkarlayıb.
İlkin məlumata görə, T.Məmmədəliyevin hər hansı ruhi xəstəliyi olmayıb.
İntiharın səbəbi Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırılır. (report)