Şəmkir sakinindən iki kiloqram narkotik götürüldü – FOTO

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Mübariz İbrahimov saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəllər dəfələrlə məhkum olunmuş şübhəli şəxsin polis bölməsində üzərinə baxış keçirilən zaman bir ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.