Şəmkirdə avtomobil piyadanı vurub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Vəliyev Rəşad Qəzənfər oğlunu avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 17 yaşlı gənc əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə Gəncə şəhərindəki tibbi ocaqlarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.