25 yaşlı Şəmkir rayon sakini evdən çıxaraq bir daha geri qayıtmayıb.
Yenicag.az xəbər verir ki, Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 Oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
O evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli kofta olub.
G.Tanrıverdiyeva ailəlidir, 2 övladı var. O, psixoloji xəstəliyi ilə əlaqədar olaraq Bakıda müalicə alır.
Faktla bağlı Şəmkir Rayon Polis İdarəsinə məlumat verilib.
Xanımı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.
+994513094929
+994504508062
+994507211194
+994505018701