Şəmkirdə 5 otaqlı ev yandı

Şəmkir rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.