Şəmkirdə 5 otaqlı ev yandı

Şəmkir rayonunda yanğın qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayonun Muxtariyyat kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli 5 otaqlı evin zirzəmisinin tavanı 10 m² sahədə və 1 otağının döşəməsi 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.