Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirdə 76 yaşlı qadın özünü bıçaqladı

Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib.

Yeniçağ.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini 1941-ci il təvəllüdlü İsmayılova Nadya Qəşəm qızı hər iki qolunun, sol ayağının kəsilmiş yarası xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 76 yaşlı qadın bir müddət əvvəl yıxılaraq yuxarı bud sümüyünün sınığı xəsarəti alıb. Ev şəraitində müalicə olunan qadın ağrılara dözməyərək, bu gün bıçaqla özünə xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

www.yenicag.az

528