!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə ağır yol qəzası - Ölən və yaralanan var

!Reklam – Yazi

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının Şəmkirin Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

“Chevrolet” markalı avtomobilin aşması nəticəsində sərnişin, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Asif Cəfərov hadisə yerində ölüb.

Nəqliyyat vasitəsinin sürücüsü – Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Üzeyir Şabanov və həmyerlisi, 1943-cü il təvəllüdlü Binəli Atakişiyev xəsarət alıb.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv