!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var - ADLAR

!Reklam – Yazi

Şəmkir rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlu həmyerlisi Vəfadar Hüseynova məxsus “VAZ 21074” markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1998-ci il təvəlüdlü Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb./Trend/

www.yenicag.az

2494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv