Şəmkirdə ağır yol qəzası – Ölənlər var

Şəmkirdə ağır qəza olub.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.