Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirdə amansız qətl - Ər arvadını öldürdü - TƏFƏRRÜAT/YENİLƏNDİ

Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib./APA/

***

Şəmkir şəhərində qətl törədilib.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nailə Allahyar qızı Məmmədova ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mübariz Bayram oğlu Məmmədov tərəfindən qətlə yetirilib.

Məlumata görə, qadının boğazı bıçaqla kəsilib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

2120